Azərbaycanİran

Binablı fəal həbs edilib

Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə onun ailə üzvləri sosial mediada məlumat yayıblar.

Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib.

Onun hara aparıldığı və nəyə görə  ittiham olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə, Səid Minayi bundan öncə də bir neçə dəfə həbs edilib.

Onun son həbsinin Urmu gölü ilə bağlı fəaliyyəti – yazıları və sosial mediadakı çağırışları ilə bağlı olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button