Azərbaycan

Güneyli fəal Hüseyn Səttariyə təzyiq göstərilir

O, bu barədə sosial mediada paylaşım edib.

Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan mədəni fəal Hüseyn Səttari özünün sosial media hesabında təhlükəsizlik məmurları tərəfindən basqılara məruz qaldığı barədə paylaşım edib.

O, türkcə təqvim çap etdirdiyi üçün təhlükəsizlik əməkdaşlarının basqıları ilə üzləşdiyini, dindirildiyini və ona məxsus noutbukun qanunsuz olaraq alındığını yazıb.

“Türkcə təqvim çap etdiyin üçün üç təhlükəsizlik əməkdaşını göndərib və onu mağazanın divarından qoparıb aparmaqları, noutbuk və mobayl telefonunu götürmələri təhqirin son həddidir.
Miyana şəhərinin ETTELAAT idarəsi noutbuk və telefonumu aldılar. Onların yoxlanılması 2 saat çəkdiyi halda komputerimi özümə qaytarmadılar”-deyə, mədəni fəal bildirib.

Qeyd edək ki, Hüseyn Səttari bundan öncə dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button