Azərbaycanİran

Güneyli fəal həbs edildi

Güney Azərbaycanın Əhər şəhər sakini milli fəal Saleh Molla Abbasi döyülərək həbs olunub.

Milli fəalın yaxınlarının verdiyi məlumata görə, İranda etirazlar başlayandan bəri hökumət qüvvələri bir neçə dəfə onun evinə qanunsuz basqın edib və hücumlar zamanı ailəsi, o cümlədən xanımı və qızları incidilib. Dünən gecə, oktyabrın 9-da yənidən çoxlu sayda repressiv zabitlər milli fəal hücum edərək döyüb və naməlum yerə aparıblar.

İndiyədək onun vəziyyəti və saxlandığı yer haqda məlumat yoxdur.

Bu vaxta qədər o, bir neçə dəfə fasilələrlə 6 dəfə həbs olunub. Axırıncı dəfə ötən il 10 aylıq həbs cəzasını çəkərək Əhər zindanından azadlığa çıxmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button