İran

İranda koronavirus qurbanlarının sayı 106.482 min nəfərə yüksəlib

Şəhrivərin 7-də yayılan rəsmi rəqəmlərə görə, son 24 saatda daha 581 nəfərin ölümü ilə İranda Covid-19-dan ölənlərin ümumi sayı 106.482min nəfərədək artıb.

Şəhrivərin 7-də yayılan rəsmi rəqəmlərə görə, son 24 saatda daha 581 nəfərin ölümü ilə İranda Covid-19-dan ölənlərin ümumi sayı 106.482min nəfərədək artıb. Bu müddətdə 31.516 min yeni koronavirus xəstəsi aşkar edilib. Bununla da, İranda bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 4 milyon 926 min 964 nəfərə çatıb. Bildirək ki, İranda fəaliyyət göstərən bir çox tibb işçiləri, doktorlar professorlar, eləcə də müstəqil uzmanlar dövlətin koronavirus qurbanlarının gerçək sayını gizlətdiyini, ölənlərin əslində 7-8 dəfə rəsmi amardan çox olduğunu deyirlər. İranın Sağlıq Baxanlığının rəsmi nümayəndəsi İrəc Hərirçi də bir müddət öncə bildirmişdi ki, onlar koronavirusa yoluxan və bu mərizlikdən ölənlərlə bağlı Dünya Sağlıq Təşkilatına yalan bilgi verərək bu qurumdan İranı “koronavirusun qarşısını almaqda təsirli addımlar” atdığına görə tərifləməsini istəyirmiş. Bundan başqa, Əli Xameneinin ölkəyə Qərb ürətimi olan vaksinlərin gətirilməsini qadağan etməsi bu gün ölkədə yaşanan insan dramının başlıca səbəbidir.

Related Articles

Bir cavab yazın

Back to top button