Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran Molla rejimi Əndirgan Qızıl Mədənində xüsusi təyinatlı mafiya yaradıb

İrqçi fars-molla rejimi Əndirgan Qızıl Mədənini daha çox talamaq üçün xüsusi təyinatlı mafiya yaradıb.

 

2025-cü il aprelin 4-dən Vərziğan şəhristanının Əndirgan kəndində və bu kənddəki mədəndə İran rejiminin polis qüvvələrinin xüsusi təyinatlı dəstəsi yerləşdirilib.

Həmin polis dəstəsində olan bəzi şəxslər, öz mənfəətləri üçün xüsusi mafiya tipli qruplaşma yaradıblar. Bu bölmə kəndin və qonşu kəndlərin sakinlərinə mədənin girişini bağlayıb və bu qruplaşmaya məxsus işçilər gecə-gündüz mədəni talamaqla məşğuldurlar.

Əndirgan Qızıl Mədəni Azərbaycanın Vərziğan  şəhristanının Xarvana bölgəsində yerləşir. Mədənin ehtiyatı 30 milyon ton qızıl filizidir, mədən illərdir ruslar və farslar tərəfindən talan edilir, lakin bu qızıl mədəninin əsas sahibləri olan Azərbaycan türkləri rus və fars agentləri tərəfindən “talançı”, kimi damğalanır və öz mədənlərindən istifadə etməklərinə imkan verilmir.

Vərziğanın İran məclisindəki deputatı Allahvərdı Dehqani Azərbaycanın Əndirgan qızıl mədəninin 20 ildir ruslara verilməsini tənqid edərək demişdi: “Rusiya tərəfinin bu mədəndən nə qədər vəsait istismar edəcəyi bəlli deyil. İnsanlar bu mədənin torpağından ən sadə texnologiyalarla qızıl çıxara bilirlərsə, o zaman mədən niyə başqalarına verilməlidir?!”

Related Articles

Bir cavab yazın

Back to top button