İran

İran yeni raket sınağı keçirməyə hazırlaşır

Ötən həftə İranın "İRNA" rəsmi xəbər saytı ölkənin kosmosa beş ədəd peyk göndərməyə hazır olduğunu vurğulayıb.

“Associated Press” xəbər ajansı peyk görüntülərinə istinadla İranın Semnan düzündə kosmosa yeni raket göndərməyə hazırlaşdığını və rəsmi Tehranın adətən bunu peyk raketlərinin sınaqdan keçirilməsi olaraq açıqladığını bildirib.

“Aznews tv”  xəbər verir ki, peyk raketlərinin sınaqdan keçirilməsi məsələsi Vyanada nüvə anlaşmasına dair müzakirələrin yenidən başlanması, habelə İranın raket proqramı ilə bağlı beynəlxalq narahatlıqların olduğu vaxta təsadüf edib.

Ötən həftə İranın “İRNA” rəsmi xəbər saytı ölkənin kosmosa beş ədəd peyk göndərməyə hazır olduğunu vurğulayıb.

İsrail, Amerika və digər Qərb dövlətləri hesab edirlər ki, İran İslam Cümhuriyyəti əslində kosmosa peyk göndərmək üçün öz uğursuz cəhdlərinin pərdəsi altında Əmniyət Şurasının qətnamələrini pozaraq ballistik və ya qitələrarası raketləri sınaqdan keçirir.

Related Articles

Bir cavab yazın

Back to top button