İran

Əli Xaməneyinin internet saytının təhlilçisi MOSSAD agenti çıxdı

O, “Sepah”a bağlı “təsnim” xəbər agentliyində təhlilçisi kimi fəaliyyət göstərib.

İranın rəhbəri Əli Xaməneyinin internet saytı və İran İslam İnqilab Keşikçilərinin nəzarətində olan “TƏSNİM” xəbər agentliklərində təhlilçi və köşə yazarı kimi çalışan İsrail agenti barədə yazı dərc olunub.

İsrailin “Tayms” qəzetinə açıqlama verən katrin Prez Şəkdam, özünü islama tapınan kimi qələmə verib və bir çox əhəmiyyətli yerlərə, mərkəzlərə nüfuz etdiyini, iranlı şiələrin İraqa illik dini yürüşlərinə qatıldığını deyib.

O, bununla yanaşı İranın hazırkı prezidenti İbrahim Rəisi ilə yaxın əlaqədə olub və 2017-ci ilin prezident seçkilərində onunla birgə seçki qabağı təbliğat üçün Rəşt şəhərinə getdiyini söyləyib.

MOSSAD agentinin açıqlamasından sonra Əli xaməneyinin saytında xanım Katrin Prezə aid olan yazılar silinib.

Qeyd edək ki, bundan öncə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail agentlərinin İran İslam İnqilab Keşikçiləri və ETTELAAT Nazirliyinə, stratejik mərkəzlərə nüfuz etdiyi və ölkə kəşfiyyatının bunun qarşısında aciz qaldığı barədə açıqlama vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button