İran

İsrail İrana məxsus hədəfləri bombalayıb

İsrail Suriyanın paytaxtı Dəməşqin güneyində yerləşən məntəqələrə hava zərbəsi endirib. Bu barədə Suriyanın SANA dövlət ajansı bilgi yayıb. İsrail tərəfi məsələ ilə ilgili açıqlama verməyib. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.
Qeyd edək ki, paytaxt Dəməşq və ətraf şəhristanlarda Əsəd rejiminə məxsus qüvvələrlə yanaşı “SEPAH”a və Lübnan “Hizbullah”ına məxsus terrorçu qruplar yerləşir.
Belə ki, desambrın 25-də İsrail Hama vilayətinin Misyaf şəhristanına, desambrın 30-da isə Dəməşq yaxınlığındakı Nəbi Habil şəhristanına havadan hücum edib.
İsrail ordusu 18 novambrda Suriyada yerləşən Əsəd rejimi və İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinə məxsus hədəflərə qarşı hava hücumu təşkil etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button