Dünya

Qəzzada partlayış nəticəsində ölən İsrail hərbçilərinin sayı 21-ə çatıb

Qəzza zolağında yerləşən binada baş verən partlayış nəticəsində ölən İsrail hərbçilərinin sayı 21-ə yüksəlib.

Aznewstvnın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, briqada generalı Daniel Haqari bildirib.

Onun sözlərinə görə, həmin vaxt hərbçilər bufer zona yaratmaq üçün Qəzza zolağı ilə İsrail sərhədinin 600 metrliyində HƏMAS hərəkatının bina və obyektlərini sökürdü.

Bildirilib ki, bu zaman HƏMAS döyüşçüləri hərbçilərin təhlükəsizliyini təmin edən tanka hücum etmək üçün “RPQ”dən istifadə edib və iki binada eyni vaxtda partlayış səsləri eşidilib, binalar uçub.

Xatırladaq ki, daha əvvəl “i24” telekanalı azı 10 hərbçinin öldüyü barədə məlumat vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button