Bu gün səhər saatlarından etibarən milli fəallar Məhəmməd Eyni və Ərdəbil sakini Vədud Əsədi Norduzun bağlanılması ilə ilgili aksiyada iştiraklarına görə həbs ediliblər. Vurğulayaq ki, fəalların harada saxlanılması barədə bilgi yoxdur. Onlar Rəşt Türkləri ocağının fəal üzvləri, habelə milli hərəkatın ən mədəni mubarizlərindəndir.