Azərbaycanİran

Təbrizli vəkil Əmir Mehdipura həbs cəzası verildi

Təbrizli vəkil, Şərqi azərbaycan Vəkillər Birliyinin üzvü Əmir Mehdipur Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxmasına qadağa ilə cəzalandırılıb.

“Mən bir vəkil olaraq insan haqlarını müdafiə etdiyim üçün həbs, ölkədən çıxışıma qadağa, vəkillik icazəmin ləvi və əşyalarımın müsadirəsi ilə cəzlandırılmışam”,-deyə, Əmir Mehdipur türk, ingilis və fars dillərində özünün sosial media hesabında yazıb.

Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabrda həbs edilərək Təbriz zindanına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdır.

Əmir Mehdipurla yanaşı Sina Yusifi, Negin iyani, Qasım Bodi də həbs edilərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button