Dünya

Amerikadan qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə bağlı açıqlama

Amerika Xarici İşlər Vəzirliyinin sözçüsü Ned Prays 13 Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi barədə açıqlama verib. “Amerika İraqın Kürdüstan bölgəsində Türkiyə vətəndaşlarının ölümünə görə təəssüflənir. NATO müttəfiqimiz Türkiyə ilə bir yerdəyik. Son münaqişələrdə həyatını itirənlərin ailələrinə başsağlığı veririk”,-deyə o, bildirib. Praysın “Türkiyə qeyri-nizamilərinin terror təşkilatı PKK tərəfindən öldürülməsi təsdiqlənərsə, bu hərəkəti qətiyyətlə pisləyirik” fikirləri isə müzakirələrə səbəb olub. Belə ki, Amerikanın Türkiyənin rəsmi açıqlamasını etibarlı və doğru qəbul etmədiyi bəlli olub. Özəlliklə açıqlamanın bir hissəsində “türk vətəndaşları”, başqa bir hissəsində isə “qeyri-nizamilər” ifadəsinin işlədilməsi diqqət çəkib. Qeyd edək ki, Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu PKK terrorçularının törətdiyi qətliamlarla ilgili səssiz qalan ölkələri tənqid edib. “Guya terrora qarşı mübarizə apardıqlarını iddia edən ölkələr PKK qətliamına göz yumur, heç bir təpki vermir, ya da “əgər” və “ancaq”larla məsələni yola verməyə çalışırlar”,-deyə vəzir vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button