Dünya

ABŞ: “Orta Şərqdə mövcudluğumuz daimi olacaq”

ABŞ Beşinci Donanmasının sözçüsü Timoti Havkins deyib ki, yüzlərlə amerikalı əsgərin Yaxın Şərqdə olması ABŞ-ın daimi mövcudluğunun müqəddiməsidir.

Bu, bölgədəki Amerika qüvvələrini gücləndirmək və İranın ticarət gəmilərinə müdaxiləsinin qarşısını almaq planına uyğun olaraq 3 min ABŞ əsgəri və iki təyyarə daşıyan gəmisinin Qırmızı dənizə və bölgəyə gəlişindən sonraya təsadüf edir.

“ABŞ hər hansı problemin yaranacağı təqdirdə dərhal cavab vermək üçün bölgədə daimi qalmaq fikrindədir”,- Beşinci Donanmasının sözçüsü bildirib.

Timoti Havkins yaxın günlərdə regionun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün tərəfdaşlarla birgə təlimlər, eləcə də səhra əməliyyatları keçirəcəklərini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button