Dünya

ABŞ-da ukraynalı hərbçilərin “F-16”lardan istifadəsi müzakirə ediləcək

ABŞ Prezidenti Cozef Bayden və Danimarkanın baş naziri Mette Frederiksen iyunun 5-də Ağ Evdə keçiriləcək görüşdə, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin pilotlarının dördüncü nəsil qırıcıların, o cümlədən F-16-ların istifadəsi üçün təlimini müzakirə edəcəklər.

Bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

Onun sözlərinə görə, Bayden və Frederiksen Ukraynaya sarsılmaz dəstəyi müzakirə edəcəklər:

“İnanıram ki, F-16 da daxil olmaqla, dördüncü nəsil qırıcıların istifadəsi üçün ukraynalı pilotların hazırlanması üzrə birgə səylərimiz söhbətin mövzularından biri olacaq”.

Report.az-ın məlumatına görə, Karin Jan-Pyer bildirib ki, liderlərin bazar ertəsi müzakirə edəcəkləri geniş gündəliyi var.

“Onlar transatlantik təhlükəsizliyi və iqtisadi rifahı artırmaq üçün NATO müttəfiqləri və yaxın tərəfdaşlar kimi səylərimizi nəzərdən keçirəcəklər”-deyə, o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button