Azərbaycanİran

“Traxtur” növbəti qələbəsini qazanıb

Oktyabrın 14-də Futbol üzrə İran Premyer Liqası çərçivəsində növbəti turun oyunları keçirilib. Təbrizin "Traxtur" klubu Məscid Süleyman şəhərinin "Neft" komandasını qəbul edib. 3-2 hesabı ilə məğlub edib.

Qarşılaşma Təbrizin “Bonyan Dizel” stadionunda keçirilib.

Təbriz klubunun hücumçusu Məhəmməd Abbaszadə oyunda het-trik edib. O, 2-ci dəqiqədə hesabı açıb. Rəqib komanda 58 və 69-cu dəqiqədə fərqlənib.

Təbrizli forvard  83-cü dədiqədə rəqbi komandanı yenə məyus edib.

90-cı dəqiqədə o,  özünün və komandasının 3-cü qolunu rəqib qapısından keçirib.

Türkəmənistanlı baş məşqçi Qurban Berdiyevin başçılıq etdiyi “Traxtur” klubu  14 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button