Dünya

Amerika Prezidenti qadın hüquqları ilə ilgili qanun layihələri imzalayıb

Amerika prezidenti Donlad Tramp qadın hüquqlarına aid 2 qanun tərhi imzalayıb. “Savana” və “Göz Ardına Vurulmamaq” adlandırılan qanunlar yoxa çıxmış və ya öldürülmüş yüzlərlə qadın barədə ədalətin bərqərar olunması yönündə cəhdlərin artırılımasını nəzərdə tutub. Tramp tvitterində vurğulayıb ki, bu qanun tərhlərini imzaladığına görə fəxr edir. “Mən amerikalı yerli qadınların yoxa çıxması və öldürülməsi məsələsini dövlət səviyyəsində rəsmiyyətə tanıyan ilk prezidentəm”,-deyə o bəyan edib. Bildirək ki, “Savana” tərhi aydınlıq gətirilməsi mümkün olmayan daha təsirli işlərin görülməsinə yardım edəcək. Amerikanın Sağlıq Müəssisəsinin 2018-ci ilin novanbrında nəşr etdiyi raporuna əsasən, ölkənin 71 şəhərində 506 qadın yoxa çıxıb və ya öldürülüb. Həmin amarda qeyd olunan 330 nəfər 2010-cu ildən sonrakı illərdə zorakılığa məruz qalan qadınlardır. Qeyd olunan amar gerçək miqdardan daha azdır. Buna səbəb toplanmış dataların az olmasıdır.
Bildirək ki, “Savana” qanunu cümhuriyyətçi senator Liza Murkovski tərəfindən hazırlanıb. Bu ad qanuna quzey Dakotada oğurlanaraq öldürülmüş 22 yaşlı Savana La Fontin Qrivindin xatirəsinə verilib. Məlumata görə, Savana oğurlandığı vaxt 8 aylıq hamilə olub. Vurğulayaq ki, bu qadınların çoxu fiziki və cinsi zorakılığa məruz qalıb. Trampın mehrin 21-də imzaladığı ikinci qanun tərhi isə “Göz Ardına Vurulmamaq” və ya “Görünməz Olmamaq” adlandırılır. Bu qanun federal dövləti yerli qadınların yoxa çıxması və ya öldürülməsinə qarşı təpki göstərməyə məcbur edəcək.
Senator Murkovski həmin qanunun təsvib olunması münasibəti ilə deyib: “Biz bu gün ölkə üzrə qadın, uşaq və ailələri qorumaq üçün böyük bir mərhələyə keçdik”.

Related Articles

Bir cavab yazın

Back to top button