AzərbaycanCəmiyyətİran

İranın batan gəmisinin heyəti Azərbaycanı təşəkkür etdi 

İyulun 26 yerli vaxtla saat 22:00-da, göyərtəsində batmış İran gəmisinin heyəti olan, Azərbaycan Dövlət Sərhəd Xidmətinin keşikçi gəmisi Bakı Dəniz Limanına yaxınlaşdı.

Aznews.tv-nin müxbiri xəbər verir ki, Bakıda yan alan gəmiyə ilk növbədə tibb işçiləri qalxıb və əcnəbi heyəti müayinə edib.

Müayinədən sonra, gəminin kapitanı 3-cü dərəcəli kapitan Nehmət Quliyev hadisəni şərh edib.

Onun sözlərinə görə, 15:30 radələrində batan gəminin həyəcan siqnalını qəbul etdikdən dərhal sonra hadisə yerinə Dövlət Sərhəd Xidmətinin gəmisi və Fövqəladı Hallar Nazirliyinin 2 helikopteri yaxınlaşıb.

Azərbaycanın müvafiq güc strukturlarının səyi nəticəsində gəminin heyətini xilas etmək mümkün olub.

Gəminin özü isə 16:22 radələrində batıb.

N.Quliyevin sözlərinə əsasən, gəminin heyəti 9 nəfərdən ibarətdir. Onlardan 7-si, həmçinin gəminin kapitanı İran, 2-isə – Hindistan vətəndaşıdır.

“Mən çox şadam ki, fırtınalı pis hava şəraitinə baxmayaraq, biz qonşu, dost dövlətin vətəndaşlarını xilas etməyə müvəffəq olduq”, – deyə N.Quliyev əlavə edib.

Gəmin batma səbəbi kimi həddindən artıq yük daşıması gətirilir.

Yeri gəlmişkən, Bakıda gəminin yanına İranın Azərbaycandakı səfirliyinin əməkdaşları da yaxınlaşıb.

Müayinədən sonra İran gəmisinin kapitanından müsahibə götürmək istənilsə də, şok vəziyyətində olduğundan, bu mümkün olmayıb.

Onun əvəzinə jurnalistlərin qarşısına çıxan gəmi heyətinin hindistanlı üzvü Azərbaycana təşəkkür edib.

“Biz Azərbaycan dərindən təşəkkür edirik ki, bizi bu dar vəziyyətdə ölümlə üz-üzə qalmağa qoymayaraq, bizim canımızı qurtarıblar”, -deyə o bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button