İran

Qərbi Azərbaycan əyalətində onlayn təhsil problemi

Qərbi Azərbaycan əyalətində kəndlərin böyük bir qismində koronavirus pandemisi ilə ilgili olaraq məktəblilər təhsilini davam etdirə bilmir. Məsələ ilə bağlı əyalətin Rabitə və İnformasiya Teknolojiləri Qurumunun müdiri Qasım Cəlilinəjad açıqlama verib. Onun sözlərinə görə, əyalət kəndlərində internetə giriş imkanlarının asanlaşdırılması projəsi həyata keçiriləcək. Bununla da 1413 kəndin internet və sürətli internətə girişi mümkün olacaq. Bundan sonra isə daha 2315 kənddə projənin icrasına başlanılacaq.
Bildirək ki, rəsmi amara görə, Qərbi Azərbaycanda 37 min təhsil işçisi, 625 min məktəbli var. Burada ümumilikdə 25 000 məktəb fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button