Dünya

SURİYADA ETİRAZLAR BAŞLADI

Suriyada yoxsulluq və fəsada qarşı etirazlar başlayıb
Suveyda şəhərində etirazlar keçirən onlarla insan, ölkədə hökm sürən ağır iqtisadi vəziyyətə, milli pulun dəyərdən düşməsinə və fəsada qarşı cıxıblar. Onlar Bəşar Əsədin hakimiyyətdən getməsini istəyib. İrana və Rusiyaya qarşı şüarlar səsləndiriblər.
İctimai şəbəkələrdə yayılan məlumatlara görə, etirazlar Suriyanın cənubundakı Suveyda şəhərində 18 xordad, bazar günü şəhərin bazar xiyabanlarında təşkil edilib.
Etirazlar Suriya lirəsinin dəyərdən düşməyə davam etdiyi bir vaxtda keçirilib. Ötən həftə Suriya lirəsi dəyərdən düşmə rekordunu qırıb və ərz mübadiləsi saytlarının məlumatına görə, bazar günü 1 dolar 2 min lirədən alqı-satqı edilib. Suriyada savaşın başladığı 2011-ci ilin əvvəlində 1 doların qiyməti 50 lirəyə yaxın idi.
Etirazlar habelə son aylarda Suriya prezidenti Bəşar Əsədin hakimiyyətdən getməsini istəyən ilk böyük mitinqdir. Halbuki, bu ustan Suriyada qiyam zamanı Dəməşq hökümətinə sadiqs qalıb.
Suriya, Avropa Birliyi və Amerikanın təhrimləri altında qalır. Avropa, insani yardımların ölkəyə çatmasının qarşısını alan iqtisadi və nəqliyə təhrimləri icra edib.

Related Articles

Bir cavab yazın

Back to top button