İran

İran Rifah Təşkilatı: “Küçədə qalan evsizlərin sayı artıb”

İran Rifah Təşkilatının reabilitasiya işləri üzrə müavini Fatimə Abbasi küçədə qalan evsizlərin sayının artdığını açıqlayıb:

“Küçədə qalan evsizlərin sayı artıb. Bu insanların çoxu qocalar və ya ruhi xəstələrdir. Onlara baxmağa imkanı olmayan bəzi ailələr onları küçədə qoyub gedirlər”.

Fatimə Abbasi İran Səhiyyə Nazirliyinin bu şəxslərə yetərli dəstək vermədiyini söyləyib.

Onun sözlərinə görə, küçələrdə tərk edilmiş insanların əksəriyyəti yoxsul və aztəminatlı təbəqəyə mənsub şəxslərdir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button