İran

Xiyav keçidlərindəki satıcıların fəaliyyəti üçün yerlər ayrılacaq

“Xiyav keçidlərindəki əldə satanlar bir neçə ildir şəhərin həll olunmaz müşkülünə çevrilib. Yolun kəsilməsi şəhər sakinlərinlərinin hüququnun pozulması deməkdir”. Bu sözləri Xiyavın şəhrdari Rəhmət Ənvəri Azər deyib. O, bildirib ki, şəhərin əldə satanlarının çoxu Xomeyni xiyavanında və Tərbiyət xiyavanın gündəlik bazarında toplaşırlar. Azərinin sözlərinə görə, şəhər müdiriyyəti əldə satanların durumunu qaydaya salmaq, habelə vətəndaşların hərəkətini təmin etmək məqsədilə polis orqanı ilə 1 illik qərardad bağlayıb. Qərardada əsasən, polis qurumu şəhərin mərkəzində yerləşən parkinq yerlərinin bir bölümünü bu müşkülün həlli üçün ayrıcaq. Bu ərazilərdə tezliklə qurfələr quraşdırılacaq. Qərardadın bağlanılması və az miqdarda icarə haqqının ödənilməsi ilə əldə satanlar bu məkanlarda fəaliyyətlər göstərə biləcəklər. “Bu tədbirlərdən sonra yollarda satıcılıq fəaliyyətinə icazə verilməyəcək. Pozuntulara yol verənlərə qarşı tədbirlər görüləcək. Ümumi keçidlərdən istifadə vətəndaşların hüququdur və əldə satanlar buna sayğı ilə yanaşmalıdır”,-deyə şəhrdari qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button