Azərbaycanİran

​​Azərbaycan türkcəsində olan kitablar yığışdırılıb

Azərbaycan türkcəsində kitablar çap edən bir sıra mətbəələrin kitabları Tehran şəhərindəki Kitab Sərgisindən yığışdırılıb.

Güney azərbaycanlı şair və mədəni aktivist Səid Muğanlı bu barədə şəxsi İnstagram səhifəsinin hekayə bölməsində paylaşım edərək məlumat verib.

“Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, Bağlama pəncərəsi, Nəsiminin şeirlər toplusu, həmçinin professor Zehtabinin bütün kitabları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi və çapına icazə verilmiş digər kitablar İrşad Nazirliyinin məmurları tərəfindən yığışdırılıb”, – deyə Səid Muğanlı açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button