İran

Qərbi Azərbaycan vilayətində koronavirus təhlükəsi davam edir

Qərbi Azərbaycan Tibb danişgahının rəisi Cavad Ağazadə ustanda koronavirus mərizliyinin artması barədə əhaliyə xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırda kəskin tənəffüs sindromlu 983 şəxs mərizxanaya yerləşdirilib. Həmin şəxslərdən 227 nəfəri ICU-ya yerləşdirilib, daha 58 nəfər isə məsnoi tənəffüs dəsgahına qoşulub.
Son 24 saatda ustanda mərizxanalara 135 yeni mərizin yerləşdirildiyini deyən Cavad Ağazadə Urmuda 8, Bukanda 3, Piranşəhrdə 1, Təkabda 1, Sərdəştdə 1, Məhabadda 2 və Mianduabda 3 nəfər olmaqla ümumilikdə 19 nəfərin virusdan həyatını itirdiyini açıqlayıb.
Məlumata əsasən, 42 nəfər ustan mərkəzində, 23 nəfər Bukan şəhərində, 17 nəfər Məhabadda, 12 nəfər isə Qoşaçay bölgəsində mərizxanaya yerləşdiriliblər. Cavad Ağazadə mərizliyinə tutulan insanların sayının getdikcə artdığını qeyd edərək, insanları fiziki fasilə, sağlıq qaydaları və maskdan istifadə etməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button