Dünya

ABŞ Ukraynaya yarım milyard dollarlıq hərbi yardım edəcək

İyunun 27-də Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək.

Bu barədə “CNN” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Yeni hərbi yardım paketinə “Bradley” zirehli texnikası və “Stryker” zirehli transportyorları daxil olacaq.

Onlar Ukraynanın əvvəllər hücum zamanı itirdiyi texnikanı əvəz edəcəklər.

“CNN” Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat vermir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını elan edib.

Ümumilikdə, 2022-ci ilin fevralından ABŞ Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.

Related Articles

Bir cavab yazın

Back to top button