Azərbaycanİran

Behrənginin məzarı üstünə Azərbaycan bayrağı asıldı

Avqustun 31-i yazıçı, müəllim və inqilabçı Səməd Behrənginin anım günündə onun Təbrizin İmamiyyə qəbristanlığında yerləşən məzarı üstündə Azərbaycan bayrağı asılıb.

Bu barədə güneyli milli-mədəni fəallar məlumat yayıblar.

Bildirilib ki, Səməd Behrəngi həyatını Azərbaycan dili və mədəniyyətinin qorunmasına, azərbaycanlı uşaqların savadlanmasına həsr edib,  İranın keçmiş və indiki hakimiyyətləri isə onun əməyinin dəyərləndirilməsinə imkan verməyiblər.

“Səməd Behrənginin qısa ömrü Azərbaycanla bağlı olub, buna görə də, onun anım günündə məzarı üstündə müstəqil Azərbaycanın bayraının asılması əlbəttə ki, onun ruhunu sevindirəcək”,- fəallar yazıblar.

Qeyd edək ki, Səməd Behrənginin doğum və anım günülərində onun məzarı üstündə toplaşmağa, dinc mədəni tədbir keçirməyə icazə verilmir.

Bundan əvvəl onun məzarını ziyarət edən onlarla mədəniyyət xadimi və mədəni fəal həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button