
Samirə Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə qadın 2000 AZN (1176 dollar) məbləğində cərimə olunub. O, Azərbaycanda İranın din xadimlərinin təbliği ilə məşğul olub.