İran

Səid Niku Xeslət Təbrizdə Turizmin inkişafını ləngidən amillərdən danışıb

“Hazırda Təbriz bazarının çevrəsini treyler, iri və kiçik yük maşınlarının olmadığı bir yerə çevirə bilsək, bu bizim üçün böyük bir uğur hesab olunar”. Bunu Təbriz şəhəri İslami Şurasının dəbiri Səid Niku Xeslət deyib. “Şuranın cələsələrindən birində Darai xiyavanı hüdudlarından Qarı körpüsünə kimi treyler, iri və kiçik yük maşınları və minibusların hərəkətinə qadağa qoyulması barədə danışılıb. Bu məsələ araşdırılıb. Təbriz üçün kimlik hazırlanması lazım deyil. Təbrizin sahib olduğu öz kimliyi var və onu dünyaya tanıtsaq yetər”,-deyə o, vurğulayıb.
SÜJET: Niku Xeslət Təbrizin “Şairlər Məqbərəsi” projəsinin son vəziyyəti barədə də açıqlama verib: “Məqbərə bir tərfədən Təbriz Bazarı ,Sabhibuləmr Məscidi və “Həsəna Padişah” məcmuəsinə, ayrı tərəfdən isə tanınmış şair “Pərvin Etisaminin Ev Muzəsi”nə birləşdirilməli və bu iki məkan arasına daş döşənməlidir. Bir pəkiclə “Şairlər Məqbərəsi” şəhərin tarixi tikililəri ilə birləşdirilməlidir. Yaradıcı şəhərlər turistlərin cəlb edilməsi ilə gəlir qazanır və öz turizm imkanlarını genişləndirirlər. Turistlər yığıncaqlara, festivallara, tarixi əşyalar, hünər üzrə olaylara, fərhəngi, tarixi yerlər, idmana maraq göstərirlər. Belə bir şərait hansısa bir şəhərdə yaradılarsa ona “yaradıcı şəhər” deyilir. Bu səbəblə də özəl iş qurupu və komitələr yaradaraq hünərməndləri himayə etmək üzrə bacarıqlı müşavirlərdən məsləhətlər almışıq”,-deyə o, bildirib. Səid Niku Xeslətin sözlərinə görə, müasir hünərlər sahəsində, o cümlədən mücəssəməçi ustad Hüseyninin əsərlərini nümayiş etdirmək məqsədilə bir özəl yerin yaradılması nəzərdə tutulub. “Təcəssümi hünərlər üzrə əsərlərin toplanaraq bir yerə yığılmasınıda nəzərə almışıq. Təbrizdə çox sayda tanınmış hünərməndlər var. Habelə ustad Rəssam Naxcıvani, ustad Bəxt Şukuhi kimi hünərməndlərin bir çox dəyərli əsərləri var. Şəhər Şurasında həmin əsərləri bir yerdə toplamaq məqsədilə neçə cələsə keçirmişik. Bu üsulla muzeylərdə əsərlərin dağınıq şəkildə nümayiş etdirilməsinin qarşısını almaq olar. Bu iş baş tutarsa, həmin əsərlərin turistlər üçün nümayişi asanlaşacaq. Beləliklə, Təbriz şəhəri üçün bir brendə çevriləcək. Hünərməndlər və məcmuəçilər həmin məkanların yaradılmasını gözləyirlər. Bu məkanlar yaradılarsa, məcmuəçilər başqa şəhərlərə getmək zorunda qalmayacaqlar. Təbriz sərgisinin keçirilməsindən ilham almalıyıq və bu hünəri olayı himayə etməliyik. Eləcə Təbrizin tarixi əşya Məkəzi brendinin tanınması və qorunması üçün bir sıra qanunlar təsvib olunmalıdır”,-deyə o, diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button