İran

ALKOLDAN ÖLƏNLƏRİN SAYI ÇOXALIB

Ötən il İranın PEZEŞKİ Qanuni Təşkilatına cənin siqti ilə bağlı 12 421 müraciət daxil olub və 3376 müraciətə icazə verilməyib.
Bu barədə təşkilatın sədri Abbas Məscidi Arati keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il uşaqlara qarşı zorakılıq halları 12.5 faiz artıb.
Abbas Məcidi 2019-cu ildə İranda alkoldan ölənlərin sayını da açıqlayıb. O qeyd edib ki, ötən il ölkədə alkoldan ölənlərin sayı 2018-ci illə müqayisədə artıb. Belə ki, keçən il İranda 697 nəfər alkoldan həyatını itirib.
Təşkilat sədri onu da qeyd edib ki, doktor səhlənkarlığı ilə bağlı 9 884 işə baxılıb və bu işlərdən 4 mini ilə bağlı həbs qərarı çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button