Dünyaİran

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidəçilərinin sayını azalda bilər

İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Ajansın nəzarətçilərinin sayını azalda bilər, amma məkanlara girişi tamamilə qadağan etməyəcək. Bu barədə İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərif CNN telekanalına müsahibəsində deyib. “Bu, ajansın müfəttişlərinin fəaliyyətinin ləğvi demək deyil, yalnız onların sayının azaldılmasıdır. İndi İranda Atom Enerjisi üzrə Beynəlxalq Ajansın dünyada ən ciddi yoxlanış sistemi vardır”,-deyə vəzir bildirib.
Daha əvvəl İran hakimiyyəti qərb ölkələrinin 21 fevriyəyə qədər atom sazişini riayət etmələrini istəyib. Bu baş tutmasa Atom Enerjisi üzrə Beynəlxalq Ajansın əlavə protokolundan imtina edəcəklərini açıqlayıb. Bu, Tehrana ajansın nəzarətçilərinin özünün atom məkanlarına girişini tamamilə qadağan etmək hüququ verə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button