İran

Ərdəbildə iki həftəlik tətil nəzərdə tutulub

Ərdəbil Ustanının Ulum Pezeşki Sazmanının Sərpərəsti bildirib ki, ustan koronavirus baxımından qırmızı vəziyyətdədir. O, ölü və mərizlə

rin sürətlə çoxalmasına görə Ərdəbil şəhəri ilə bağlı iki həftəlik tətil istəyini Koronayla Mübarizə Sitadına verdiyini bildirib.
Doktor Həbibzadə geçən günlərdə ölü sayılarında yaşanan artımdan sonra şəhərin iki həftəlik tamamən tətil olmasını istəyib. Ərdəbil ustanının Koronayla mübarizə sitadının verdiyi bilgiyə görə, son 3 gündə 24 nəfər koronavirus üzündən həyatını itirib. Ərdəbil Ustanının Ulum Pezeşki Sazmanının Sərpərəsti günbəgün ustanda koronaya tutanlar və bu üzdən ölənlərin çoxaldığını bildirib. Onun sözlərinə görə, sağlıq personeli çox yorğundur. Həbibzadə ustan əhalisindən mask və davamlı əl təmizləmə maddəsi istifadə etmələrini və ictimai məsafəni qorumağı məsləhət görüb.
***

Related Articles

Bir cavab yazın

Back to top button