Dünya

İsraildən Həmasın yeraltı infrastrukturuna zərbə

İsrail Müdafiə Ordusu Həmas hərəkatının hədəflərini vurub. Bu zərbə partlayıcıların üzərinə yapışdırılmış hava balonlarının atılmasına cavab olaraq icra edilib. İsrailin nizami hücumları nəticəsində itkilər barədə məlumat verilmir. Məsələ ilə bağlı İsrail Müdafiə Vəzirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Son bir neçə həftə ərzində Qəzzədəki terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı balonlar atıblar. Buna cavab olaraq uçuş təchizatlarımız Qəzzə zolağında Həmasın yeraltı altyapısına zərbə endirib”.
Məlumata görə, partlayıcı balonlar İsrailin Qəzzə zolağı yaxınlığındakı əkin sahələrində yanğınların baş verməsinə səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button