İran

İranda işçilərin ümumölkə etiraz aksiyası keçirilib

İranın onlarla şəhərində 1 May Beynəlxalq İşçi Günü münasibətilə aksiya keçirilib və işçilər inflyasiyanın artdığı bir vaxtda əmək haqlarının az olmasına, iş hüquqlarının pozulmasına etirazlarını bildiriblər.

“İşçilər oyaqdı, öz haqqına dayaqdı”, “İş təhlükəsizliyi təmin olunmalıdır”, “Ayrı-seçkiliyə yox”, “İnflyasiya, bahalıq, xalqın bəlasıdır” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakim şəraitdən narazılıqlarını ifadə ediblər.

Polis və təhlükəsizlik məmurları etiraz aksiyalarının qarşısının almaq və narazıların dağıtmaq üçün hərəkətə keçib.

Çox sayda narazını saxlanıldığı, aksiya təşkilatçılardan olan Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvü Həsən Səidini həbs edildiyi bildirilir.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyasının verdiyi məlumata görə, həbs olunanların kimliyi və harada saxlanıldıqları barədə məlumatlar dəqiqləşdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button