İran

Məhərrəm yasında gərginlik yaşandı

Sürücüsü məst olan bir “Pejo 405” minik otomobili Şəhrqüdsün Baharan Meydanında Məhərrəm yası saxlayanların üzərinə sürülüb. Bir neçə insan otomobilin altında qalaraq, yaralanıb.
Tehranın Qərbi üzrə Polis Fərmandehliyinin İctimai müavini sərhəng Mehdi Sərpənah Şəhrivər ayının 10-da bu barədə açıqlama verib. “Dünən gecə həmin otomobilin sürücüsü, sonda polis məmurları tərəfindən tutuqlanıb. Otomobilin sair sərnişinləri qaçıb. Yaralananlar müalicə mərkəzlərinə götürülüb”, – deyə bildirib.
Sərhəng Mehdi Sərpənahin sözlərinə görə, hadisə araşdırılır. “Yaralalanlar barədə dəqiq amar yoxdur, amma ilkin öyrənmələrə görə, 6 nəfər xəsarət alıb”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button