Azərbaycanİran

Səhənd stadionunda qadınların iştirakı ilə bağlı aidiyyəti qurumlar şərh ediblər

“Traktor” klubunun baş direktoru Hoşəng Nəsirzadə:

“Qadınların stadiona girişi bizim əlimizdə deyil və bundan başqa heç nə edə bilmərik. Qadınların girişi bilet satışı baxımından kluba fayda verə bilər”.

Şərqi Azərbaycanın İdman və Gənclər üzrə Baş Direktoru Həbib Sotoudenejad:

“Qadınların iştirakı ilə bağlı ilk müzakirə odur ki, “Traktor” klubu öz bilet sistemini ölkənin qeydiyyat sisteminə qoşmalıdır ki, digər zəruri tədbirlər və icazələr alınsın”.

Futbol Şurasının katibi Əli Xakizad:

“Futbol Federasiyasını xəbərdar etdikdən və müvafiq qurumlardan lazımi icazələri aldıqdan sonra biz gözləyirik ki, “Traktor” klubu bilet kassasını reyestr sisteminə qoşsun və klubun qadın komitəsini təqdim etsin. Bununla qadın tamaşaçıların digər klublar kimi Səhənd stadionuna daxil ola bilərlər”.

#Traktor

Related Articles

Bir cavab yazın

Back to top button