İran

İranda bəluçların etiraz aksiyaları davam edir

Martın 3-ü günorta saatlarında sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Zahidan şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

İran polisi və xüsusi təyinatlı qüvvələri nümayişlərin başladığı Məkki məscidi ətrafını mühasirəyə alıb.

Güc strukturları məscidə sığınan insanları oradan çıxarmaq üçün içəriyə gözyaşardıcı qaz atıblar.

Çoxlu sayda nümayişçi həbs edilib, şəhərin əksər bölgələrində interneti kəsilib.

Nümayişlər cümə namazında nüfuzlu din xadimi və Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmidin İran hakimiyyətini sərt vtənqid etməsindən sonra başlayıb.

Cümə imamı, cümə namazı çıxışı zamanı şagirdlərin zəhərlənməsinə görə Tehran hakimiyyətini ittiham edib.

“Bu qızların və qadınların etiraz aksiyalarında iştirak etdiklərinə görə, onlardan qısas almaqdır.

Bu necə hadisədir ki. bu günə kimi səbəbləri aydınlaşdırıla bilməyib? Bu hadisələrdən hökumət qüvvələrinin xəbərsiz olduğuna kim inanar?”,- din xadimi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button