Dünya

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-nin dronuna çırpılıb.

Bu barədə ABŞ Avropa Komandanlığının mətbuat xidməti məlumat verib.

Məlumata görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib.

Səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçublar.

“Bizim “MQ-9” dronumuz beynəlxalq hava məkanında adi əməliyyatlar yerinə yetirərkən Rusiya təyyarəsi tərəfindən ələ keçirilib və vurulub ki, bu da qəzaya yol açıb və “MQ-9”un tam itkisi ilə sonuclanıb. Rusiyalıların bu cür təhlükəli və qeyri-peşəkar davranışı az qala hər iki təyyarənin qəzasına yol açacaqdı”, – ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ və müttəfiqlərinin təyyarələri belə bir insidentə baxmayaraq, beynəlxalq hava məkanında əməliyyatları davam etdirəcək. (report)

Related Articles

Bir cavab yazın

Back to top button