İran

SEPAH yenidən bölgə dövlətlərini təhdid etdi

İran İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri bölgə ölkələrini təhdid edib.

General onların İsraillə münasibət qurmasının ağır nəticələr verəcəyini iddia edib.

Əlirza Təngsiri hansı ölkələri nəzərdə tutduğunu deməyib.

O, İsrail və Amerikaya öz torpaqlarında yer verən və İrana qarşı koalisiya yaratmaq fikrində olan ölkələrin hərəkətlərinə göz yummayacaqlarını söyləyib.

O, İsraili “uşaq öldürən” və “çirkli” dövlət adlandırıb, bu ölkənin İran qonşuluğunda özünə ayaq yeri açmasının acı nəticələrə səbəb olacağı barədə İran rəsmilərinin ənənəvi iddialarını təkrar edib.

Related Articles

Bir cavab yazın

Back to top button