İran

İranda daha bir SEPAH zabiti öldürülüb

İyunun 13-ü gecə saatlarında İranın Kirmanşah əyalətinin İslamabad Qərb şəhərində 2 SEPAH zabiti və naməlum şəxs arasında silahlı qarşıdurma baş verib.

SEPAH zabiti Mehdi Şahməleki adlı şəxs öldürülüb, digəri isə yaralanıb.

İran mediası hökumət məmurlarının şübhəli şəxsi həbs etmək istədikləri zaman güllələndiklərini yazıb.

Qeyd edək ki, bu, son iki gün ərzində Kirmanşahda öldürülən ikinci zabitdir.

Bundan əvvəl silahlı şəxslərlə atışmada İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi Bəsic təşkilatının zabiti Səccad Əmiri də güllələnərək öldürülüb.

#SEPAH

Related Articles

Bir cavab yazın

Back to top button