Dünya

Merkel Almaniya cəmiyyətində parçalanmaqda günahkar olduğunu etiraf edib

Angela Merkel Almaniya kansleri kimi verdiyi bəzi qərarların cəmiyyətdə parçalanmaya səbəb olduğunu etiraf edib.

Bu barədə şənbə günü “Die Zeit” nəşrinə müsahibəsində bildirib.

“Siyasətdə Almaniyada fikir ayrılıqlarına səbəb olan vəziyyətlərlə qarşılaşmalı oldum”, – Merkel deyib.

O, 2015-ci ildə Avropa miqrant böhranı zamanı suriyalı qaçqınlar üçün sərhədləri bağlamamaq qərarını nümunə kimi göstərib.

Keçmiş hökumət başçısı bunun mübahisələrə səbəb olduğunu etiraf edib. “Ancaq buna görə humanitar əsaslarla verdiyim qərarları ləğv edə bilməzdim”, – deyə bildiib

Related Articles

Bir cavab yazın

Back to top button