Dünya

Qazaxıstan Prezidenti məmurların xarici banklarda hesab açmasını qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bundan sonra dövlət qulluqçularının xarici banklarda hesab açmalarını qadağan edib.

Dövlət başçısı bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Qanuna görə, xarici banklarda hesabların açılması, habelə respublikadan kənarda nağd pul və qiymətli əşyaların saxlanılması qadağandır. Qanun məsul dövlət vəzifələrini tutan və ya dövlət funksiyalarını icra etmək səlahiyyətinə malik olan şəxslərə və vəzifəli şəxslərə aiddir. Xarici hesablara sahib olma qadağası təkcə məmurlara deyil, parlament üzvləri və hakimlərə də şamil edilir. Bundan əlavə, düzəlişlər ağır və xüsusilə ağır korrupsiya cinayətlərində məhkum edilmiş şəxslərin şərti azadlığa buraxılması ehtimalını istisna edir.

Related Articles

Bir cavab yazın

Back to top button