İran

İranda çörək norma və milli kodla satılacaq

Buğda və unun qiymətlərinin bazar qiymətinə satılması və çörəyin bahalaşması ilə eyni vaxtda İranın İqtisadiyyat Nazirliyinin rəsmisi İbrahim Siyami çörəyin milli kodla və norma əsasında satılacağını deyib.

O, habelə bildirib: “Çörək subsidiyaları milli kod üçün qeyd olunur. İnsanlar çörək alanda əvvəlki qiymətlə ödəyir, aradakı fərqi isə hökumət ödəyir”.

Son günlər mətbuatda çox istehlak edilən çörəklərin yeni tariflərinin siyahısı dərc olunub ki, bu da məsələn, adi baget çörəyinin qiymətinin 3000 tüməndən 10 min tümənə qalxdığını göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button