Dünyaİran

​​Tehran İranda HƏMAS və “İslami Cihad” yaraqlılarına hərbi təlim keçdiyi barədə xəbərləri təkzib edir

“The Wall Street Journal-ın İsrailə hücum etməzdən əvvəl 500 HƏMAS döyüşçüsünün İranda təlim keçdiyi iddiası yalandır.

Bu xəbər sionistlərin “Əqsa tufanı”nda (İsrailin cənubuna hücum) məğlubiyyətinin miqyasını azaltmaq məqsədilə dərc edilib…” Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli “Nour News” xəbər saytının Twitter hesabında qeyd edilib.

Oktyabrın 25-də “The Wall Street Journal” yazıb ki, sentyabrda, İsrailin işğalından bir neçə həftə əvvəl 500 HƏMAS və “İslami Cihad” yaraqlısı İranda xüsusi hərbi təlim keçib və bu təlimlər SEPAH-nin xüsusi təyinatlıları olan “Sepah-e-Qods” tərəfindən həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button