Bölgə

Paşinyan müxalifətə müzakirə üçün təklif verdi

“Gələcəyi görmədən cari məsələləri həll etmək mümkün deyil”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 23-də “feysbuk” səhifəsində yazıb.

“Hətta mövcud cari məsələlərin həlli baxımından istənilən problemin aradan qaldırılması üçün bir neçə variant var. Əgər sənin gələcəyə baxışın, qurmaq istədiyin gələcək yoxdursa, onda bir sıra hallarda seçim etmək də olmur”, – N.Paşinyan bildirib.

Onun sözlərinə görə, ictimai-siyasi müzakirələr, diskusiyalar məhz bu istiqamətdə aparılmalıdır.

Qeyd edək ki, 20-ə yaxın siyasi təşkilat onun istefasını tələb edir.

Related Articles

Bir cavab yazın

Back to top button