İran

İranda daha bir cümə imamının həcc ziyarətinə qadağa qoyuldu

İranın Sistan və Bəlucistan əyalətinin Bəhrə şəhərinin sünni məzhəbli cümə imamı Molana Məhəmməd Təyyib Mollazehinin həc ziyarətinə getməsinə icazə verilməyib.

Bu barədə cümə imamının yaxınları sosial mediada məlumat yayıblar.

Onların yazdığına görə, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) din xadiminin ölkədən çıxışına qadağa qoyub.

Qeyd edək ki, iki gün öncə Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmidin də pasportu əlindən alınıb və onun da həc ziyarətinə getməsinə icazə verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button