Azərbaycanİran

Güney azərbaycanlı sosial media istifadəçiləri “Hüseyniyyun” terror təşkilatının fəaliyyətinə görə hökumətə müraciət ediblər

Azərbaycanda axtarışda olan "Hüseyniyyun" qruplaşmasının İrana sığınmış üzvlərinin Azərbaycan əleyhinə təbliğatları güney azərbaycanlı sosial media istifadəçilərinin narazılığı ilə qarşılanıb.

Onlar bununla bağlı sosial media kanallarında paylaşımlar edib, hökumətə səsləniblər.

Güneyli sosial media istifadəçiləri qruplaşma üzvlərinin Azərbaycana qarşı təxribatçı fəaliyyətlər göstərmələri və həqiqətə uyğun olmayan təbliğatlar aparmaları barədə İran hökumətinə xəbərdarlıq ediblər.

Bildirilib ki, Azərbaycana qarşı belə təxribatçı fəaliyyətlər İranda yaşayan çoxmilyonlu azərbaycanlıların hakimiyyətə qarşı çıxmaları ilə nəticələnəcək.

Qeyd edək ki, son günlər “Hüseyniyyun” qruplaşması üzvlərinin İranın dövlət televiziya kanallarında çıxışlarının sayı artıb. Onlar Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırır, Azərbaycan hökumətinə qarşı çağırışlar edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button