Azərbaycanİran

Təbrizdəki tarixi “Ələvi evi” dağılmaq təhlükəsi ilə üz-üzədir

Təbrizin mədəni-tarixi ərazisində yerləşən və hazırda Dulusçuluq muzeyi kimi fəaliyyət göstərən tarixi “Ələvi evi"nin yanında icazəsiz tikinti işləri aparılır.

Bu barədə Təbrizin “Azərəncümən” saytı məlumat yayıb.

“Tarixi əsər kimi qeydiyyata alınmış əsərlərin və tikililərin mühafizəsi və saxlanılması ilə bağlı qanunlara əsasən, milli əsərlər sırasında olan tarixi tikililərin ətrafında hər hansı tikintinin aparılması qadağandır.

Ancaq bu qadağa və qanuna baxmayaraq, tarixi “Ələvi evi”nin ciddi xəsarət alması ilə nəticələnən qanunsuz tikililərin dayandırılması ilə bağlı addım atılmır”,- saytda qeyd edilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli vəsait ayrılmadığını deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button