Azərbaycanİran

Qəzvində qədim ağaclar milli əsərlər siyahısına salınıb

Qəzvinin 52 təbiət mirası Milli Əsərlər Listinə daxil edilib. Məsələ ilə bağlı Qəzvinin Fərhəngi Miras Baş İdarəsinin müdiri Əlirza Xəzaili məlumat verib. Ələmut bölgəsindəki yaşlı ağacların da listə salındığı vurğulanıb. Bilgilərə görə, səbt olunmuş əsərlər qədim ağaclar, meşəliklər, 1 göl, 1 qaya və 1 qədim bağdır. Belə ki, Aşağı Tarım bölgəsinin Hüseyn Abad bəlut meşəlikləri, Abyekin Səmğ Abad bölgəsinin ardıc ağacı meşəsi, Ələmut bölgəsi Qustin bəlut meşəlikləri, Avuc Qalasının mağarası, Ovan gölü, Ələmut bölgəsi Əndəc Qayalıqları və Qəzvinin qədim bağı Milli Əsərlər Listinə salınıb.
Əlirza Xəzaili bildirib ki, Qəzvin Əyalətininin Qərbi Ələmut və Şərqi Ələmut bölgələrində 5 təbiət əsərinin milli listdə səbt olunması üçün işlər görülür. Bunlar Fışan kəndindəki qədim çinar ağacı, Noban Balaruç bölgəsindəki girdəkan ağacı, Müşqun kəndinin dağdağan ağacı, Günəşli kəndinin çinar ağacı və Şorustan kəndinin ardıc ağacıdır.
Qeyd edək ki, Qəzvin Əyalətində indiyə qədər 1400 əsər, o cümlədən tarixi tikililər, əl sənayesi, yerli yeməklər Milli Əsərlər Listinə daxil edilib.

Related Articles

Bir cavab yazın

Back to top button