İran

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb

İrəvanda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani işğalçı Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə iki ölkəni maraqlandıran məsələləri müzakirə edib.

“İrib News”un xəbərinə görə, görüşdə İran rəsmisi Qafqaz regionunda davamlı sabitliyin zəruriliyini qeyd edib.

Admiral Şamxani iki ölkənin xalqları arasında dərin və çoxillik tarixi, mədəni və sivilizasiya bağlarına toxunaraq əlavə edib: “Bu şərait iki ölkə arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün əlverişli platforma yaradıb”.

Öz növbəsində, Armen Qriqoryan da iki ölkə arasında elektrik enerjisinin nəqli və Türkmənistandan Ermənistana qaz mübadiləsi layihələrini iki ölkə münasibətlərində mühüm məsələlərdən biri adlandırıb.

“İran İslam Respublikası Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafında və regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”,-deyə Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button