İran

İranın kürdüstan sevgisi – Video

İranın Dövlət Televizyonu Batı Azərbaycan əyalətini “Kürdüstan ustanı” adlandırıb.

İran hökumətini ilə onun tabeliyində olan Dövlət Televizyonunun Batı Azərbaycan əyalətini kürdləşdirmə siyasəti davam edir.

Belə ki, bu dəfə televizyon yenidən Batı Azərbaycan əyalətini “Kürdüstan ustanı” kimi təqdim edib.

Televizyon yaydığı xəbərdə Güney Azərbaycanın Soyuqbulaq şəhrinin önündə “Kürdüstan ustanı” sözünü işlədib. Bu isə Güney azərbaycanlıların haqlı narazılığı ilə qarşılanıb.

Bildirək ki, bundan öncə də dəfələrlə həm İranın dövlət qurumları, həm də televizyon kanalları Güneyli- Quzeyli  Azərbaycan bölgələrinə qarşı bu cür təhriflər ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button