Bölgə

MİT-dən İrana daha bir zərbə: İstanbulda terror aktının qarşısı alındı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bu ölkədə terror aktı törətmək istəyən İran agentlərindən ibarət dəstə üzvlərini həbs edib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bu ölkədə terror aktı törətmək istəyən İran agentlərindən ibarət dəstə üzvlərini həbs edib.

“Aznews tv”xəbər verir ki, 8 nəfərdən ibarət dəstə üzvləri İstanbulda yaşayan İsrail əsilli türkiyəli iş adamı Yair Gelleri öldürmək üçün təqib fəaliyyəti göstəriblər.

Türkiyə mətbuatı onların sözügedən şəxsi öldürməklə bağlı göstərişi İran İslam Cümhuriyyətindən aldıqlarını bildirib.

Məlumatlara görə, MİT 9 nəfərin Gelleri həm yaşadığı ünvanda, həm də iş yerində təqib etdiyini müəyyənləşdirib və onlardan 8 nəfərini həbs edib.

Terror hücumunun hədəfinin həm Mossad tərəfindən öldürülmüş iranlı nüvə alimi Möhsün Fəxrizadənin intiqamını almaq, həm də Türkiyə- İsrail əlaqələrinə zərbə vurmaq olduğu qeyd edilir.

Related Articles

Bir cavab yazın

Back to top button